Sosial
03.06.2021 / 17:17
Həbsdə olan sabiq nazir müavini ifadə verməkdən imtina etdi
13311
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Valyuta.az Report.az-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib.
O, vəsatətində bildirib ki, müvəkkili hazırkı mərhələdə ifadə verməsin:
"Məhkəmədən xahiş edirəm ki, Rafiq Bayramov şahidlərin dindirilməsindən sonra sərbəst ifadə versin".
Vəsatət təmin edilib. Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxs şahidlərin dindirilməsindən sonra sərbəst ifadə verəcək.
Məhkəmə iyunun 8-dək təxirə salınıb.
Qeyd edək ki, ittihama görə, təqsirləndirilən şəxs ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay