BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
13130

Medianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi elan edib.

Agentlikdən Valyuta.az-a verilən məlumata görə, müsabiqə ictimai-siyasi qəzetlər arasında keçirilir.

Layihədə göstərilir ki, müsabiqədə iştirak üçün ictimai-siyasi qəzetlər ilk növbədə mətbu nəşrlərin reyestrinə daxil edilmiş olmalıdır:

“Eyni zamanda müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində müntəzəm nəşr olunmalı, dövriliyi həftədə bir dəfədən, birdəfəlik tirajı 1500 nüsxədən və yayımı (abunə və satışı) 1000 nüsxədən az olmamalı, yenidən təşkil, müflis olma, ləğv edilmə prosesində olmamalı və təsisçisi xarici dövlətlərin hüquqi və fiziki şəxsləri olmamalıdır. Həmçinin, təsisçisi dövlət orqanları, bələdiyyələr, dini qurumlar və dini icmalar olmamalı və redaksiyasının yaradıcı heyəti ən azı beş nəfərdən ibarət olmalıdır”. 

MEDİA-nın layihəsinə görə, müsabiqədə iştirak etmək üçün müraciət edən qəzet redaksiyaları müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində hər ay üzrə 2 (iki) nömrə olmaqla, ümumilikdə 6 (altı) nömrələrini Qaydalara uyğun olaraq Agentliyə təqdim edirlər.

Layihədə tələb olunan digər sənədlərin siyahısı da göstərilib: 

“Bunlar qəzetin baş redaktorunun ərizəsi, qəzetin mətbu nəşrlərin reyestrinə daxil edilməsini təsdiq edən müvafiq sənədin, vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin və qəzet redaksiyasının nizamnaməsinin surətləridir.

Eyni zamanda, müsabiqə elan olunan günədək son 1 (bir) il ərzində qəzetin müntəzəm nəşr olunmasını və mətbəə tərəfindən verilən və qəzetin dövriliyini təsdiq edən arayışlar, qəzetin birdəfəlik tirajını təsdiq edən elektron qaimələr (mətbəə qaimələri), qəzetin tiraj bölgüsünə dair məlumatı əks etdirən təsdiqlənmiş sənəd, qəzetin abunə və satışına dair yayımçı tərəfindən təsdiq edilən arayışlar və elektron qaimələr və qəzetin bank rekvizitlərini əks etdirən sənədlərdir”. 

Tələb olunan sənədlər arasında qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti) və qəzetin müvafiq qəzet nömrələri (təqdim olunan hər bir nömrə 4 nüsxədə) qeyd edilib.

Layihədə, müsabiqənin elanından əvvəlki yarımildə maliyyə yardımı göstərilmiş qəzet redaksiyalarından aşağıdakı sənədlər də tələb olunur: 

“Bunlar qəzetin baş redaktorunun ərizəsi, qəzetin və onun eyniadlı veb-saytının minimum işçi sayı tələbinə cavab verdiyini təsdiq edən əmək müqaviləsi bildirişləri (veb-saytın işçilərinə dair əmək müqaviləsi bildirişləri təqdim edilə bilmədikdə həmin işçilərin veb-saytda müvafiq vəzifələri icra etdiyinə dair təşkilati-sərəncamverici sənədlərin surəti) və qəzetin müvafiq qəzet nömrələridir (təqdim olunan hər bir nömrə 4 nüsxədə)”.

Qeyd edilir ki, müsabiqəyə müraciət nəzərdə tutulmuş sənədlərin kağız daşıyıcıda Agentliyə təqdim olunması və ya “Medianın inkişafına dəstək layihələri üzrə elektron informasiya bankı”na daxil edilməsi yolu ilə edilir:

Sənəddə, qəzet nömrələrinin qiymətləndirilməsinin Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 müstəqil ekspert tərəfindən həyata keçirildiyi diqqətə çatdırılıb. Həmçinin aşağıdakı maliyyə yardımlarının göstərilməsi də qeyd olunub:

“Həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə aylıq 5000 (beş min) manat, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlərin hər birinə isə aylıq 15000 (on beş) min manat məbləğində maliyyə yardımı göstərilir. Müsabiqədə qalib elan olunan hər bir qəzet redaksiyasının eyniadlı veb-saytına 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstərilir. Qalib elan olunan qəzetin baş redaktoru müsabiqəyə müraciət ərizəsində qəzetinin eyniadlı veb-saytını əsaslı yeniləmək niyyətini ifadə etmişdirsə, maliyyə yardımı göstərilən 6 (altı) aylıq dövrün birinci ayında ona həmin veb-saytın əsaslı yenilənməsi məqsədilə 5000 (beş min) manat məbləğində vəsait ayrılır. Müsabiqədə qalib elan olunan qəzet redaksiyaları Agentlik tərəfindən maliyyələşdirilən hər nömrədə (həftədə bir nömrəsi maliyyələşdirilən qəzetlər həftədə bir dəfə, həftədə beş nömrəsi maliyyələşdirilən qəzetlər isə həftədə beş dəfə olmaqla) Qaydalarda göstərilən sahələrdən hər hansı biri üzrə ən azı 500 (beş yüz) sözdən ibarət məqalənin dərc olunmasını təmin edirlər”.

Vurğulanır ki, maliyyə yardımı göstərilən dövr ərzində qəzetin eyniadlı veb-saytının işçilərinin hər birinin əməkhaqqının minimum məbləği 600 manat təşkil etməli, maliyyə yardımının digər hissəsi isə vebsaytın infrastrukturunun gücləndirilməsi, dil imkanlarının genişləndirilməsi, təhlükəsizliyinin təmin edilməsi və rəqəmsal keyfiyyətinin artırılmasına yönəldilməlidir:

“Maliyyə yardımı göstərilən ay üzrə qəzetin yalnız fiziki şəxslərdən ibarət hər əlavə 500 (beş yüz) abunəsi üçün aylıq 200 (iki yüz) manat, hər əlavə 1000 (bir min) abunəsi üçün isə aylıq 400 (dörd yüz) manat məbləğində bonusun verilməsi nəzərdə tutulur”. 

Sonda, müraciətlərin qəbulunun iyunun 1-dən 11-dək həyata keçirildiyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin