BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
13114

Onu aldadıb əvvəlcə adına VÖEN hesabı açıblar, sonra isə həmin şəxsi 5 şirkətin qanuni nümayəndəsi təyin ediblər. Belə bir halla Xətai rayon sakini Nicat Səfərov qarşılaşıb. Nicat Səfərova, açılan şirkətlərdə işlə təmin olunacağı vədi verilsə də, sonda məlum olub ki, o, nəinki işlə təmin olunub, əksinə, fəaliyyət göstərən şirkətlərdən onun adına ümumilikdə 261 min manatdan çox vergi borcu yazılıb.

 

Çıxılmaz vəziyyətdə qalan bu şəxs onu aldadan şəxslərdən şikayət edir. Bəs belə vəziyyətdə onu nə gözləyir?

 

Valyuta.az Xəzər TV-yə istinadən xəbər verir ki, məhkəmədən gələn məktubda qeyd olunan məbləğ onu şoka saldı. Sənəddə dövlətə 261 min manat borcu olduğu yazılıb.

Xətai rayon sakini Nicat Səfərov aldadılaraq 5 şirkətin qanuni nümayəndəsi təyin edilməsindən və bu şirkətlərin vergi borclarının onun adına yazılmasından şikayətçidir. Deyir ki, təhsil aldığı peşə liseyində qrup yoldaşı olmuş Yusif İsmayılov 2018-ci ildə onun adına VÖEN hesabı açılmasını təklif edib.

Daha sonra Nicat Səfərovdan etibarnamə alınıb və onun adından müəyyən sənədləşmə işləri aparılıb. 6 ay sonra Xətai Məhkəməsinin göndərdiyi 261 min manatlıq borc sənədi Nicatı sanki yuxudan oyadıb...

4 dəfə ayrı-ayrı vaxtlarda vergi borcunun olması ilə bağlı Vergilər Xidmətindən ona bildiriş göndərilsə də, Nicat Səfərov bu bildirişlərdən xəbərsiz olduğunu iddia edir.

Mövzu ilə bağlı məsələdə adı hallandırılanlardan biri - Yusif İsmayılovla əlaqə saxladıq. O, əvvəlcə müsahibə vermək üçün görüş yeri təyin etsə də, sonradan telefon zənglərinə belə cavab vermədi.

Digər iki şəxs - Çələbi Məmmədov və Ayaz Adıgözəlovla isə əlaqə saxlamaq mümkün olmadı.

Hüquqşunas Kamandar Hüseynov deyir ki, belə vəziyyətdə Nicat Səfərov üzərindən əməliyyat aparılan şirkətlərin fəaliyyətindən xəbərsizdirsə və yalnız kağız üzərində bu şirkətlərin rəhbəri kimi qeyd olunubsa, bu zaman o, işin araşdırılması üçün Dövlət Vergilər Xidmətinə müraciət etməlidir.

Kamandar Hüseynov bildirdi ki, əgər Nicat Səfərov vergi orqanları qarşısında qeyd edilən məsələləri sübuta yetirə biləməsə, bu zaman onun barəsində cinayət məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanacaq. Ona 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin