Bu kateqoriyadan olan 5500-dək şəxs işlə təmin olunub – Mustafa Abbasbəyli
"Müharibədən sonrakı dövrdə şəhid ailələri və müharibə iştirakçıları kateqoriyasından olan 5500-dək şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub".
Valyuta.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin APA-ya müsahibəsində söyləyib.
M.Abbasbəyli bildirib ki, onlardan 4200-ə qədəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələr qurulub:
“Yəni onlar üçün kiçik biznesə sahiblənmək imkanları yaradılıb. Qeyd olunan kateqoriyalara aid 900-dək şəxsin haqqı ödənilən ictimai işlərlə təminatı həyata keçirilib. Eləcə də əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramlarından da bu sahədə istifadə edilir”.
Onun sözlərinə görə, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı da daxil olmaqla hədəf qruplarına aid 400-dək şəxsə (işədüzəltmə) göndəriş verilib.
Agentlik rəhbəri qeyd edib ki, qurumun rəhbər vəzifəli şəxslərinin şəhid ailələri, müharibə əlilləri ilə elə yaşadıqları ünvanlarda görüşləri olur:
“Bu görüşlər zamanı da onlara müvafiq dəstək istiqamətləri müəyyən olunur”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay