Eldar Əzizovdan Sabunçu icra başçısına: “Səhlənkar olmayın”
“Paytaxtda parkların sayı çoxaldıqca onlara göstərilən qulluğun səviyyəsi də artmalıdır. Lakin bəzən səhlənkarlıq hallarına da yol verilir. Məsələn, Sabunçu rayonunda yerləşən EKO park yerli icra qurumlarının diqqətsizliyi nəticəsində baxımsız vəziyyətə düşüb”.
Bakı şəhər İcra Hakimiyyətindən Valyuta.az-a verilən məlumata görə, bunu Bakı meri Eldar Əzizov Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə iradı zamanı bildirib.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtdakı istirahət parkları, bağlar və "Abad məhəllə"lərin hazırki vəziyyəti ilə bağlı video konfrans formatında müşavirə keçirilib. Müşavirə zamanı Bakı meri Sabunçu rayonunda baxımsız qalan parka görə bu rayonun icra başçısına irad tutub.
Bildirilib ki, hazırda mövcud nöqsanların aradan qaldırılması məqsədi ilə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən bu ərazidə müvafiq tədbirlər həyata keçirilir.
Müşavirədə ölkə başçısınin Bakı şəhərindəki park, bağ və istirahət guşələrində müvafiq şəraitin yaradılması ilə bağlı tələbləri rayon İcra Hakimiyyətləri başçılarının nəzərinə çatdırılıb.
Qeyd edilib ki, hər bir rayon İcra Hakimiyyətinin başçısı ərazisindəki parkların vəziyyəti ilə bağlı məsuliyyət daşıyır:
"Əgər ərazidəki park şəhər və ya rayon İcra Hakimiyyətinin balansında deyildirsə, bu zaman rayon rəhbəri məsələdən kənarlaşmamalı, koordinator kimi çıxış edərək mövcud problemləri həll etməlidir. Şəhər İcra Hakimiyyətinin başçısı əlavə edib ki, son vaxtlarda bəzi məmurlar problemləri həll etmək əvəzinə bir sıra bəhanələr gətirirlər ki, bu da yolverilməzdir".
Daha sonra Eldar Əzizov bildirib ki, may ayının 20-dən sonra görülən işlərlə bağlı paytaxt rayonlarının İcra Hakimiyyətləri başçılarının hesabatları dinləniləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay