Məhkəmə rüşvət alan məktəb direktoruna HÖKM OXUDU
Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət almada təqsirləndirilən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbinin direktoru Bəylər Bəylərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Valyuta.az-ın Report.az-a istinadən verdiyi xəbərə görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə B.Bəylərova 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, ona təyin edilən 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası 3 il sınaq müddəti ilə şərti hesab olunub.
Qey edək ki, B.Bəylərov 2003-cü ildən Kəlbəcər rayonu 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləyir. O, 2017-ci ildə keçirilən müsabiqədə müvəffəqiyyət qazanmamış şəxsdən 2 500 manat pulu rüşvət yolu ilə alaraq direktoru olduğu məktbə müəllim vəzifəsinə təyin edib.
İstintaq dövründə B.Bəylərovun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma ) maddəsi ilə ittiham irəli sürülüb və başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdi.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay