İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 9,8 faiz artıb - DVX
İşçi sayının və əmək haqqı fondunun artım dinamikasının müşahidə olunması şəraitində sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 895,3 milyon manat təşkil edib.
Dövlət Sosial Müdafiə Fondundan Valyuta.az-a verilən xəbərə görə, proqnoz 113,6 faiz icra edilib.
Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 13,8 faiz artıb, proqnoz 115,9 faiz icra edilib. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 9,8 faiz artaraq 30,3 milyon manat təşkil edib, proqnoz 112,1 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə həmin daxilolmalar 15,7 faiz artıb, proqnoz 110,9 faiz icra edilib.
Qeyd edək ki, 2021-ci ildən başlayaraq icbari tibbi sığorta haqlarının tətbiqinə başlanıb. 2021-ci ilin birinci rübündə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 112,3 mln. manat olub, büdcəyə nəzərdə tutulandan 25,5 mln. manat artıq vəsait daxil olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay