BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.843
  • 1 Rusiya rublu
    0.0175
  • 1 Türkiyə lirəsi
    0.0497
  • 1 İngiltərə funt sterlinqi
    2.2138
11374

Sabirabad rayonu, Suqovuşan kənd sakininin koronavirus infeksiyasına (COVID-19) yoluxmaqla stasionar şəraitdə müalicəyə ehtiyacı olan qohumunun Rayon Mərkəzi Xəstəxanasının Fazil adlı həkimi tərəfindən xəstəxanaya yerləşdirilməsi müqabilində 1000 ABŞ dolları məbləğində pul alması barədə Sabirabad rayon prokurorluğuna müraciəti daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən Valyuta.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Sabirabad  Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinin müdiri, koronavirus xəstələrinin müayinə və müalicələri üzrə koordinator həkim Əliyev Fazil Məhərrəm oğlu koronavirus infeksiyasına (COVID-19) yoluxmuş şəxsin qohumundan qeyd edilən xəstəxanaya yerləşdirilərək müalicə olunması üçün 1000 ABŞ dolları məbləğində pul vəsaitini rüşvət qismində alıb, sonradan isə həmin xəstə müalicə olunduğu xəstəxanada vəfat edib. 

Toplanmış material üzrə fakta görə Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmış, Fazil Əliyev 23 aprel 2021-ci il tarixdə həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub. 

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

“Qarabağ”ın oyununa 1 gündə 20 minbilet satıldı

Audiovizual Şuranın növbəti iclası keçirilib, 4 yeni lisenziya verilib

Nazirlik "tender kralı"ndan 17 milyonluq mebel alır

Məşhur elektron ticarət platforması “Hepsiburada” Qazaxıstana satıldı

"Bu bina və evlərə elektrik enerjisi güzəştlə verilsin" - MM-də TƏKLİF

Valyuta mübadiləsi xidməti göstərən bütün şirkətlər AMB-nin kapital tələbini yerinə yetirib

Ərdoğanın maaşı açıqlandı

Kapital Bank “COP29 Human Capital Forum” tədbirində 2 mükafata layiq görüldü®

Bu xəstələr apteklərdən pulsuz dərman ala biləcəklər

Bu şəxslər 2500 manat cərimələnəcək

Azad olunan ərazilərdə torpaqlar bu şəkildə icarəyə veriləcək

Yaşıllıqlara vurulmuş ziyana görə cəzalar sərtləşdirilir

Heyvanlarla rəhmsiz davrananlar bu qədər cərimələnəcək

İcbari tibbi sığorta ilə apteklərdən dərmanların necə alınacağı müəyyənləşir

Yeni komitə yaradılır

“BakıKart” tətbiqindəki vəsaitlər geri qaytarılacaq - Rəsmi

“London” taksilərinə 300 min manat ayrıldı - Buna ehtiyac var idi?

"Aztelekom"un rəhbəri dəyişdi

Bakıda avtobusların əks istiqamətdə hərəkəti üçün zolaqlar təşkil olunacaq

Bələdiyyələrin sayının yarıdan çox azaldılması təsdiqlənib

COP29 zolaqlarından istifadə edə biləcək nəqliyyat vasitələri açıqlandı

Sabaha olan hava proqnozu

Parolun başqaları ilə paylaşılmaması “Netflix”in abunəçi sayını ciddi azaldıb

London taksiləri üçün GPS alınır - Birinin qiyməti 700 manata yaxındır

Elon Musk yeni layihəsini açıqladı - Bu altcoin bahalaşdı

Elon Musk yeni layihəsini açıqladı - Bu altcoin bahalaşdı

COP29 dönəmində bəzi şəxslər ictimai nəqliyyatdan pulsuz istifadə edəcəklər

Rusiya MN dövlətə lazım olmayan aktivlərin satılmasında israr edir

COP29 müddətində məhdudiyyətlər olmayacaq? - RƏSMİ AÇIQLAMA

“GL Group” Türkiyədə təbii qazın işlənməsi layihəsində 25% pay alıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin