Sosial
22.04.2021 / 17:56
Mərkəzi Bank məhkəməyə verildi – SƏBƏB
11306
Azərbaycan Respublikasının Mərkəzi Bankı məhkəməyə verilib.
Valyuta.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, Mərkəzi Bank İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsilə cərimələnib.
Bununla bağlı iş Nəsimi rayon Məhkəməsinə göndərilib. İş hakim Babək Pənahovun icraatına verilib.
Qeyd edək ki, həmin inzibati xəta üzrə MB-ni 1500 manat cərimə gözləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay