“İpək Yolu Sığorta” əvvəlki kimi işləyə bilmir, yığımları 10 milyon manatdan çox azalıb
2024-cü ilin yanvar-noyabr aylarında “İpək Yolu Sığorta” ASC-nin yığımlarının dəyəri 6 milyon 90 min manat olub.
Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 62,6% və ya 10 milyon 212 min manat azdır. 2023-cü ilin yanvar-noyabr aylarında “İpək Yolu Sığorta” ASC-nin yığımlarının dəyəri 16 milyon 302 min manat təşkil edib. Bu ilin hesabat dövründə şirkətin ödənişlərinin dəyəri 248 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 59,7% və ya 368 min manat azdır. 2023-cü ilin hesabat dövründə şirkətin ödənişlərinin həcmi 616 min manat olub.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 222,166 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 10,3% çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 694,053 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 39,5% çoxdur.
11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,9 manat olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay