Sığorta şirkətlərinin yığımlarının SİYAHISI
Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 222,166 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 10,3% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 694,053 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 39,5% çoxdur. 11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 56,8 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 44,9 manat olub.
Bu ilin 11 ayında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin yığımları açıqlanıb. Bu il “Paşa Həyat Sığorta”nın yığımları 14,4% artaraq 542 milyon 310 min manata çatıb. “Paşa Sığorta”nın yığımları isə 9,6% artaraq 291 milyon 100 min manata çatıb. Bununla yanaşı, “Bakı Sığorta”nın, “İpək yolu” sığortanın yığımları kəskin azalıb.
Valyuta.Az sığorta şirkətlərinin renkinqini təqdim edir.
Sığorta şirkətləri | Sığorta haqları | İllik dinamika | |
1 | “Paşa Həyat Sığorta” ASC | 542,310 | 14,40% |
2 | “Paşa Sığorta” ASC | 291,1 | 9,60% |
3 | “Atəşgah Həyat” ASC | 80,122 | 28,30% |
4 | “Qala Sığorta” ASC | 72 998 | 36,10% |
5 | “Atəşgah” Sığorta ASC | 59, 130 | 51,10% |
6 | “Meqa Sığorta” ASC | 4,30% | |
32, 397 | |||
7 | “Qala Həyat” Sığorta Şirkəti | 23, 426 | 0,90% |
8 | “Azərbaycan Sənaye Sığorta” ASC | 23,317 | 27,20% |
“A-Qroup Sığorta Şirkəti” ASC | 17, 044 | -11,30% | |
9 | |||
10 | “Xalq Sığorta” ASC | 21, 032 | 4,70% |
11 | "Aqrar Sığorta" ASC | 12, 829 | -15,30% |
12 | "Xalq Həyat" Sığorta Şirkəti ASC | 10, 231 | 13,60% |
13 | “Meqa Həyat Sığorta” | 10,741 | 143,70% |
14 | “AtaSığorta” ASC | 9,514 | 6,30% |
15 | “AzSığorta” ASC | 8,347 | 7% |
16 | “İpək Yolu Sığorta” ASC | 6,090 | -62,60% |
17 | “Bakı Sığorta” ASC | 1,538 | -66,80% |
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay