İcbari sığortalar üzrə yığımlar kəskin artır
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığortalar üzrə 282 milyon 925 min manat sığorta haqqı toplanıb.
Valyuta.az xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,4% və ya 12 milyon 72 min manat çoxdur.
2023-cü ilin 10 ayında icbari sığortalar üzrə yığımların dəyəri 270 milyon 853 min manat təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 38,3% və ya 75 milyon 81 min manat çoxdur. 2022-ci ildə Azərbaycanda icbari sığortalar üzrə yığımların həcmi 195 milyon 772 min manat təşkil edib.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda icbari sığortalar üzrə ödənişlərin dəyəri 112 milyon 46 min manat təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23,8% və ya 21 milyon 574 min manat çoxdur.
2023-cü ildə icbari sığorta üzrə ödənişlərin dəyəri 90 milyon 472 min manat olub ki, bu da 2022-cü ilin eyni dövrü ilə müqayisədə 12,9% və ya 10 milyon 395 min manat çoxdur. 2022-ci ildə Azərbaycanda icbari sığorta üzrə ödənişlərin dəyəri 80 milyon 77 min manat təşkil edib.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay