Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verdi
Azərbaycan Mərkəzi Bankı (AMB) 6 sığorta şirkətinə məcburi göstəriş verib.
Valyuta.az bu barədə AMB-yə istinadən xəbər verir.
Bunlar “AzSığorta”, “İpək Yolu Sığorta”, “Xalq Həyat”, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” “Atəşgah Həyat” və “AzRe Təkrarsığorta” şirkətləridir.
AMB qeyd edib ki, həyata keçirilən araşdırmalar və sığorta bazarının ümumi monitorinqi zamanı sözügedən sığorta şirkətlərinin “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş sığortaçılarda korporativ idarəetmə ilə bağlı tələblərinin təmin edilməsi məqsədilə Qanunun 102.2.8-1-ci maddəsinə əsasən icrası məcburi göstəriş verilib.
Maddəyə əsasən sığortaçının rəhbər işçisi vəzifəsini icra edən səlahiyyətli şəxs bu Qanunda müəyyən edilmiş qaydada təyin edilməlidir. Görünən isə odur ki, şirkətlər bu tələbi pozub.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay