“Bakı Sığorta” ləğv edilir
“Bakı Sığorta” ləğv olunduğunu elan edib.
Valyuta.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr küçəsi, ev 120, mənzil 6-cı mərtəbə ünvanına bildirə bilərlər.
26 sentyabr 2024-cü il tarixindən sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 105.1.1-ci maddəsinə müvafiq olaraq, “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılmışdı.
Qeyd edək ki, şirkət 2007-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Şeydabəyov Oqtay Pirmurad oğlu, nizamnamə kapitalı 8 milyon 925 min 440 manatdır.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay