Hava nəqliyyatı ilə ixrac əməliyyatları niyə azalıb - TƏHLİL
Cari ilin fevral və mart ayları üçün “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə ixrac edilən qeyri-nef məhsullarının nəqliyyat üzrə bölgüsü açıqlanıb.
Valyuta.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında, iki ay ərzində hava nəqliyyatı ilə icra edilən ixrac əməliyyatları təhlil olunub.
Qeyd edək ki, fevral ayına nisbətən cari ayda hava nəqliyyatı vasitəsi ilə ixrac əməliyyatlarında ciddi azalmanın baş verdiyi diqqəti cəlb edib. Belə ki, fevral ayında Azərbaycanın hava nəqliyyatı vasitəsi ilə həyata keçirilən ixrac əməliyyatlarının həcmi 64.9 faiz, mart ayında isə 49,6 faiz təşkil edib. Aydın olur ki, cəmi bir ay ərzində 15,3 faiz azalma baş verib.
İkinci sırada, avto-nəqliyyat vasitələri ilə aparılan ixrac əməliyyatları dayanır ki, iki ay ərzində bunun ümumi payı 72,4 faiz təşkil edib. Belə ki, mart ayında 44,2 faizlik, fevral ayında isə 28,2 faizlik ixrac əməliyyatı baş verib. Burdan da görünür ki, cari ayda aparılan əməliyyatların həcmi fevral ayına nisbətən 16 faiz artıb.
Üçüncü sırada, dəmiryol nəqliyyatı ilə həyata keçirilən ixrac əməliyyatları dayanıb. Belə ki, fevral ayında 6,0 faizlik, mart ayında isə 5,0 faizlik əməliyyat icra olunub ki, bu da 1,0 faizlik azalma deməkdir.
Sonuncu sırada isə dəniz nəqliyyatı ilə aparılan ixrac əməliyyatı dayanır. Fevral ayında 0,9 faizlik, mart ayında isə 1,1 faizlik ixrac icra olunub. Deməli, mart ayında bu əməliyyatda cüzi artımın baş verdiyini müşahidə etmək mümkündür.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay