Cari ildə ixrac sifarişlərinin dəyəri artıb - TƏHLİL
Bu ilin fevral ayında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 35,3 milyon ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Valyuta.az-a daxil olan məlumata görə, cari ilin yanvar-fevral aylarında isə bu sifarişlər 89,2 milyon ABŞ dolları dəyərində olub.
2021-ci ilin fevral ayında Azexport.az portalına ən çox ixrac sifarişi tütün, şəkər tozu, fındıq ləpəsi, günəbaxan yağı, biyan kökü, çay, şərab, toyuq yumurtası, meyvə şirəsi, kosmetik vasitə, mühərrik yağı, qənnadı məhsulu, pambıq, toyuq əti, zəfəran, sarımsaq və s. mallara daxil olub.
Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 28 fevral tarixinə kimi (50 ay ərzində) Azexport.az portalına dünyanın 143 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 285 milyon ABŞ dolları təşkil edib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay