Sənaye
31.03.2021 / 09:54
Azərbaycanın ÜDM-i bu il 2,8% artacaq - Dünya Bankı
9953
Dünya Bankının yeni proqnozuna görə, 2021-ci ildə Azərbaycan iqtisadiyyatı 2,8% artacaq.
Valyuta.az-ın "APA-Economics"-ə istinadən verdiyi xəbərə görə, bu barədə Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatında bildirilir.
Bank 2022-ci ildə iqtisadi artımın 3,9% olacağını proqnozlaşdırır.
Qeyd edək ki, ötən yanvar proqnozu ilə müqayisədə Dünya Bankı 2021-ci il üçün Azərbaycan iqtisadiyyatı üzrə gözləntilərini 0,7 faiz bəndi artırıb, 2022-ci il üçün isə 0,6 faiz bəndi azaldıb.
Xatırladaq ki, 2020-ci ildə Azərbaycanda ÜDM 4,3% azalıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay