Naxçıvanda dondurulmuş meyvə-tərəvəz emalı müəssisələri qurulacaq – DÖVLƏT PROQRAMI
Naxçıvanda daxili bazarın tələbatı və ixrac imkanları təhlil ediləcək.
Valyuta.az xəbər verir ki, bu barədə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılmasına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamda öz əksini tapıb.
Proqrama əsasən, eyni zamanda yeni yaradılan müəssisələrin rentabellik göstəricilərinin müəyyənləşdirilməsi istiqamətində bir sıra işlər həyata keçiriləcək.
Görüləcək işlərin icrasına MR-nın İqtisadiyyat Nazirliyi və Sahibkarlar Konfederasiyası birgə nəzarət edəcəklər.
Dövlət Proqramında, müasir texnologiyalar əsasında qurudulmuş və dondurulmuş meyvə-tərəvəz emalı müəssisələrinin qurulması və bu sahədə fəaliyyətin təşviq edilməsi də öz əksini tapıb. Bu işləri isə İqtisadiyyat və Kənd təsərrüfatı nazirlikləri birgə icra edəcəklər.
Rövşən Ziya
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay