İqtisadiyyat Nazirliyi bu yatağı satışa çıxardı - QİYMƏT
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Göygöldəki gil yatağını hərraca çıxarıb.
Dövlət Xidmətindən Valyuta.Az-a verilən məlumata görə, yer təkindən istifadə ilə bağlı aprelin 16-da hərrac keçilrməsi ilə bağlı elan verilib. “Göygöl I” yatağının sahəsi 20 hektar, istismar müddəti 25 ildir. Yatağın ilkin satış qiyməti 220 min manat müəyyən olunub. Məbləğin 10%-i (22 min manat) məbləğində beh öncədən ödənilməlidir. Beh məbləği ödənilmədiyi təqdirdə, iddiaçı hərraca buraxılmır.
Qeyd edək ki, “Göygöl I” gil yatağı Göygöl rayonunun cənub-şərq hissəsində Göygöl-Hacıkənd yolunun solunda yerləşir. Yatağın ehtiyyatları 2200.0 min m3 müəyyənləşdirilib. Yatağın ehtiyyatı yüksək plastikli gillərə aid olub kərpic istehsalına yararlıdır. Yataq “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyasının 12 mart 1 saylı Protokolu” ilə dövlət qeydiyyatına alınıb.
Dövlət Xidmətindən bildiriblər ki, yer təki sahəsindən faydalı qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdır. Onlar hərracda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Hərracda iştirak etmək üçün yazılı ərizə-müraciət (əlavə olunur);
- Hərracda xidmət haqqının ödənilməsi barədə bank sənədinin əslini.
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (hesabdan çıxarış);
- İddiaçının tam adı, hüquqi statusu; Hüquqi şəxsdirsə nizamnaməsi, VÖEN-şəhadətnaməsi və dövlət reyestrdən çıxarışı, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri fiziki şəxsdirsə şəxsiyyəti təsdiq edən sənəd və VÖEN-şəhadətnaməsi;
- İddiaçının ixtisas göstəricilərinə dair məlumatlar: ən azı 1 dağ-mədən mühəndisi və 1 geoloq ilə bağlanmış əmək müqaviləsinin və onların ixtisasını təsdiq edən sənədin sürəti;
- İddiaçının maddi-texniki bazası (faydalı qazıntıların çıxarılması üçün zəruri texniki vasitələri və avadanlıqları) haqqında məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə tərtib olunmalıdır.
İddiaçılar hərracda iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 09 aprel 2021-ci il saat 16:00 qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat 31 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.
Hərracda iştirak etmək istəyən şəxslər 540 manat məbləğində xidmət haqqı ödəməlidir. Yalnız bundan sonra əsas şərtlər toplusunu əldə edə bilərlər. Xidmət haqqı heç bir halda geri qaytarılmır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay