Sənaye
19.03.2021 / 19:33
Balakəndə yeni meyvə emalı zavodu yaradılır
9488
Balakəndə tikilən "BalaCans" MMC-nin meyvə emalı zavodunda hazırda son tamamlama işləri aparılır.
Valyuta.Az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, ildə 1,5 mln. litr meyvə şirəsi istehsal etmək gücündə olan zavodda 80 iş yeri açılacaq.
Ümumi investisiya dəyəri 16,1 mln. manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi, Sahibkarlığın İnkişafı Fondu tərəfindən 7 mln. manat güzəştli kredit verilib.
Qeyd edilir ki, zavodun yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay