Yüksək Texnologiyalar Parkında kompleks gübrələr istehsal olunur
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “İnkor” MMC Azərbaycanda və xaricdə neft emalı sənayesində istifadə oluna bilən yüksək keyfiyyətli kimyəvi reagentlərin, xüsusilə korroziya inhibitorlarının, inhibitor-bakterisidlərin, ərp həlledicilərinin, deemulqatorların, eləcə də kompleks gübrələrin istehsalı və topdan satışı işlərini həyata keçirir.
“YT Park”-dan Valyuta.az-a daxil olan məlumata görə, müəssisədə, həmçinin boya maddələri, bituma adgeziya qatqısı, yanğınsöndürmə üçün köpükəmələgətiriciləri, kosmetik vasitələr, dərman preparatları istehsal olunur.
“İnkor” MMC tərəfindən istehsal olunan məhsullardan biri də “KASPİ-X” suda həll olunan inhibitor-bakterisididir.
“KASPİ-X” hidrogen sulfid tərkibli korroziyanın qarşısını almaq üçün yüksək effektivliyə malikdir. O, eyni zamanda duzçökmənin qarşısını alır, sulfat reduksiyaedici bakteriyaların inkişafına mane olur, eləcə də laydan neft hasilatını yüksəldir.
Qeyd edək ki, “KASPİ-X” Almaniyanın “Dodigen-481” və Rusiya Federasiyasının “İKB-2-2” reagentlərini uğurla əvəz edir. Mayenin üstünlüyü onun ammonyakdan istifadəni tələb etməməsidir.
Məhsulun donma temperaturu 9°С-dən yüksək deyil. “KASPİ-X” 100ml/l-də korroziyadan 85-90% müdafiə edir, bakterisid fəaliyyəti isə 100% təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay