Azərbaycan regionun ən böyük sendviç panel istehsalçısına çevriləcək
Sumqayıt Texnologiyalar Parkı və Türkiyənin iri sənaye qrupu olan Kibar Holding-ə aid Assan Panel Sanayı ve Ticaret A.Ş. (Assan Panel) şirkəti sendviç panellərin və tamamlayıcı məhsulların istehsalı üzrə birgə müəssisə yaratmaq məqsədilə müqavilə imzalayıblar.
Valyuta.Az STP-yə istinadən xəbər verir ki, “ASSAN-STP PANEL” adı altında fəaliyyət göstərəcək şirkət STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılacaq.
Dünyada sendviç panel istehsal edən on ən böyük şirkətdən biri olan Assan Panel-in Azərbaycana gəlməsi ölkənin məhsul idxalından asılılığın azalması, ixrac potensialının artırılması, həmçinin, ölkənin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi baxımından önəmlidir.
Birgə müəssisə beynəlxalq standartlara cavab verən yerli istehsalı yeni sərmayə hesabına müasirləşdirərək Gürcüstan, Rusiyanın Cənub bölgəsi və Orta Asiya ölkələrinə satış həyata keçirməyi hədəfləyir. Yaradılacaq müəssisə Kibar Holding-in “Assan Panel” brendi ilə yanaşı yeni brendlər altında yüksək keyfiyyətli, geniş çeşiddə panel və tamamlayıcı məhsullar istehsal edəcək.
İllik istehsalın 2 milyon kvadrat metr olacağı planlaşdırılır. Birgə müəssisə regionun ən böyük və ən müasir sendviç panel istehsalçısına çevriləcək.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay