Sənaye
27.12.2024 / 22:30
Çin sənayesində ciddi mənfəət azalması
62259
Çin sənaye şirkətlərinin mənfəəti noyabr ayında illik müqayisədə 7,3 faiz azalıb.
Valyuta.Az xəbər verir ki, bu, "Bloomberg Economics"in təxminən 6 faiz səviyyəsindəki gözləntilərini üstələyən itki kimi qeydə alınıb.
11 aylıq mənfəət isə illik 4,7 faiz azalma ilə müşahidə edilib. Çində sənaye şirkətlərinin maliyyə göstəriciləri zəif daxili tələbat və 1999-cu ildən bəri davam edən ən uzunmüddətli deflyasiya ilə təzyiq altında qalıb.
Müvəqqəti bərpa ilə ilin 5 faiz iqtisadi artım hədəfinə çataraq başa vurması gözlənilən Çin iqtisadiyyatı, gələn il Donald Trampın (Donald Trump) ABŞ prezidentliyi dövründə baş verən çətinliklərin davamı ilə yeni problemlərlə üzləşəcək.
Rəhim
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay