Ağdama 18 milyon investisiya - 150 yeni iş yeri yaradılacaq
“Met Invest” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 29-a çatıb.
Valyuta.az-a bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib.
Məlumata görə, yeni rezident tərəfindən Sənaye Parkının ərazisində metal məmulatların istehsalı layihəsi həyata keçiriləcək. Layihə çərçivəsində illik istehsal gücü 144 min ton olan armatur, künclük və polad məftil istehsalı zavodu inşa ediləcək. İnvestisiya dəyəri 18 milyon manat olan müəssisədə 150 nəfərlik daimi iş yerinin yaradılması planlaşdırılır.
Avropa, Türkiyə, Çin kimi qabaqcıl ölkələrin texnologiyalarından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay