BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7803
  • RUB
    1.6785
  • TRY
    0.0492
  • GBP
    2.139
58715

İndiyədək İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında ümumilikdə 12,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,37 milyard manatlıq hissəsi ixracın payına düşür.

Valyuta.az xəbər verir ki, Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyaların həcmi 6 milyard manatdan artıq olan 41 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu rezidentlərdən hazırda 24-ü fəaliyyət göstərir. Bu il Sənaye Parkında daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır.

İndiyədək Sumqayıt Kimya Sənaye Parkına rezidentlər tərəfindən 5,5 milyard manat sərmayə yatırılıb, 6600-dən çox daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə Sənaye Parkına əlavə olaraq 546 milyon manat investisiyanın yatırılması, 2500-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur.

Parkın rezidentləri tərəfindən indiyədək ümumilikdə 12,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,37 milyard manatlıq hissəsi ixracın payına düşür. Cari ilin 9 ayında Sumqayıt Kimya Sənaye Parkında 2,13 milyard manatlıq məhsul istehsal edilib, 762,7 milyon manatlıq məhsul ixrac edilib. Ötən illə müqayisədə ixrac 13,1% artıb.

Bu dövrdə Sumqayıt Kimya Sənaye Parkının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 15,6%, ixracında isə 24,7% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub - Prezident Fərman imzaladı

“Expressbank”ın rəhbərliyinə təyinat olub

“Expressbank”ın rəhbərliyinə təyinat olub

Yeni biznes üçün loqo necə hazırlanır?

Azərbaycan ət idxalını 40 %-ə yaxın artırıb

Gömrük orqanlarının xətti ilə büdcə daxilolmaları 5 %-ə yaxın artıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin