Buğda emalı avadanlıqları istehsal edən müəssisə qurmaq üçün nə qədər vəsait lazımdır?
Azərbaycanda un, makaron, ümumiyyətlə, müxtəlif növ un məhsullarının istehsalı üçün buğda emal müəssisələrini əsasən Türkiyə şirkətləri qururlar. Bu müəssisələrdə müxtəlif növ avadanlıqlar Türkiyədən gətirilir. Çünki Azərbaycanda bu kimi avandanlıqların istehsalı demək olar ki yoxdur.
Belə ki, Türkiyənin məşhur şirkətləri Azərbaycanda (Karmen, Karat və.s ) şirkətlər üçün müxtəlif növ dəyirmanlardan, avadanlıqlardan ibarət tam hazır müəssisə təhvil veriblər. Yəni, tam istehsal xəttini yaradıblar.
Rusiyada, Qazaxıstanda buğda emalının bütün mərhələrində istifadə edilən müxtəlif növ avadanlıqlar istehal edilir. Lakin Azərbaycanda buğda emalında istifadə edilən avadanlıqlar, texnikalar (dəyirmanlar) istehsal olunmur.
Valyuta.az bu sahədə yeni istehsal xəttinin yaradılması üçün lazım olan investisiyanın məbləğini və bunun ölkəyə, investora qazandıracağı vəsaitlə bağlı araşdırma aparıb.
Türkiyəli mütəxəssislərin fikrinə görə, buğda emalı müəssisəsində 55-65 ədəd texnika olur. Təmizləmədən son istehsala qədər bütün prosesləri əhatə edən texnikalar yerləşdirilməlidir.
Buğda emalı üçün müxtəlif növ avadanlıqların istehsalında bir sıra vacib məsələlərə diqqət edilməlidir. Türkiyə bu sahədə ixtisaslaşıb. Bir müəssisədə 50-55 növ texnika, avadanlıq istehsal edilməlidir. Bu texnikaların ehtiyat hissələrinin böyük hissəsi Türkiyənin daxilində istehsal edilir. Bu kimi texnikaların istehsalı üçün poladdan geniş istifadə edilir. Türkiyədə isə böyük həcmdə polad istehsal edilir. Digər hissələr yerli istehsaldır, çox az hissəsi xaricdən ölkəyə gətirilir. Yəni, buğda emalı müəssisəsində istifadə edilən avadanlıqlar tam yerli istehsal hesabına başa gəlir.
Bu isə yerli istehsalın maya dəyərini azaldır. Yəni istehsal yığımın üzərində qurulmayıb. İstehsal xətti bütün sənaye zəncirlərinin birləşməsi nəticəsində yaranmalıdır. Nəticədə ölkədə istehsal edilən avadanlıq idxalla müqayisədə ucuz olmalıdır. Bir sözlə, bir istehsal xəttinin yaradılması üçün 8-10 milyon ABŞ dolları dəyərində investisiya lazımdır. Şirkət investisiya yatırandan sonra, müəssisədə avadanlıqların istehsalı başlayandan sonra şirkət 3-5 milyon ABŞ dolları həcmində layihə sifarişi qəbul edərsə, burda 10-20 %-lik bir marja əldə edilsə, şirkət 5 ilə yatırdığı vəsaiti geri götürə bilər. Lakin digər biznes sahəsində olduğu kimi bütün məsələləri tələb-təklif müəyyənləşdirir.
Türkiyənin məşhur şirkətinin mütəxəssislərinin fikrinə görə, bu kimi istehsal xəttinin yaradılması ölkənin xaricdən asılılığını kəskin azaldır. Bu kimi müəssisələrin yaradılması digər ölkələrin Azərbaycana müraciətinə səbəb olar.
Nara
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay