“Zəyəm Texnologiyalar Parkı”nın yığılmış zərəri 21 milyon manatı ötüb
“Zəyəm Texnologiyalar Parkı” ASC 2024-cü ilin ilk yarısını zərərlə başa vurub.
Valyuta.az xəbər verir ki, ASC bu ilin ilk yarısında 4 milyon 974,1 min manat satış həyata keçirib. 3 milyon 992,3 min manat satışın maya dəyəri çıxıldıqdan sonra şirkətin məcmu gəliri 981,7 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 3,1 dəfə çoxdur.
Şirkətin digər gəlirləri son bir ildə 13,7 min manatdan 22,7 min manata yüksəlib.
Şirkət kommersiya xərclərini isə 645,2 min manatdan 156,9 min manat enib. Əvəzində inzibati xərcləri isə 56,2 min manatdan 782,4 min manata kimi artıb, digər xərcləri isə 40,9 min manat təşkil edib.
Bu dövrdə Parkın maliyyə xərcləri 55,8 min manat, əsas vəsaitlərin amortizasiyası isə 477,3 min manat olub. Nəticədə, “Zəyəm Texnologiyalar Parkı” bu ilin ilk yarısını 509 min manat zərərlə bitirib, bu da 2023-ci ilin eyni dövrünə nisbətən 49,7% azdır.
“Zəyəm Texnologiyalar Parkı” ASC bu il iyulun 1-nə 21,6 milyon manat cəmi aktivlərə malik olub. İlin əvvəli ilə müqayisədə Park 5,6% kiçilib. Şirkətin öhdəlikləri 4,5% artaraq 13,8 milyon manata kimi artıb. Şirkətin cəmi kapitalı isə ilin ilk yarısındakı 509 min manatlıq zərərdən sonra 7,7 milyon manata enib. Şirkətin ümumilikdə yığılmış zərəri isə 21,4 milyon manata bərabər olub.
Pünhan
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay