BAKU Azərbaycan
22.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8981
  • 1 Rusiya rublu
    0.0185
  • 1 Türkiyə lirəsi
    0.0499
  • 1 İngiltərə funt sterlinqi
    2.2599
55970

"BAFCO İnvest” MMC 2023-cü ilin əvvəlində Ağdam Sənaye Parkının iştirakçı statusunu alıb. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən fabrik xüsusi ucları və altlığı olan təbii dəridən iş ayaqqabıları, xüsusi təyinatlı ayaqqabılar, eləcə də müxtəlif sahələrdə istifadə üçün poliuretan çəkmələr istehsalı ilə məşğuldur”.

Valyuta.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində ayaqqabı zavodunun istehsal üzrə direktoru Osman Yaylalı deyib.

Osman Yaylalı bildirib ki, istehsal edilən ayaqqabılar payız-qış, yay-yaz fəsillərinə və təhlükəsizlik xüsusiyyətlərinə görə müxtəlif modellərə bölünür: “Ayaqqabıların yuxarı hissəsi təbii dəridən, altlığı isə çox əyilmə, sürtünmə və aşınmaya davamlı poliuretan materialdan hazırlanıb. Üst və alt hissələrin birləşdirilməsi inyeksiya üsulu ilə həyata keçirilir ki, bu da möhkəm birləşməni və davamlılığı təmin edir. İstehsal olunan poliuretan çəkmələr suya, yağa və müxtəlif kimyəvi maddələrə davamlıdır”.

Müəssisədə istehsal prosesi və keyfiyyətə nəzarət bu sahədə böyük təcrübəyə malik yüksək ixtisaslı yerli və xarici mütəxəssislər tərəfindən idarə olunur. Almaniyanın ən son nəsil avadanlıqları ilə təchiz edilmiş fabrikin illik istehsal gücü 510 min cüt ayaqqabıdan ibarətdir.

Beynəlxalq standartlara cavab verən xammallar tanınmış xarici şirkətlərdən sifariş edilir. Ayaqqabı altlıqlarında istifadə olunan poliuretan Almaniyadan gətirilir. PU (poliuretan) və TPU (termoplastik poliuretan) davamlılığı, aşınma müqavimətini və yüksək köhnəlməni təmin edən materiallardır. Ayaqqabı modellərinin dizaynı və pres qəlibləri dünyaca məşhur brendlərlə işləyən İtaliya şirkəti tərəfindən xüsusi hazırlanıb.

“Made in Azerbaijan” adı ilə istehsal olunan ayaqqabıların daxili bazarda satışı ilə yanaşı, xaricə də ixracı nəzərdə tutulur.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Azərbaycanda yol-nəqliyyat hadisələrində ölənlərin sayı azalıb - Son 10 ilin göstəriciləri

Milyonluq dövriyyəsi olan kibercinayətkar şəbəkə ifşa edilib - VİDEO

“CPM-İnvest”in birjadakı itkiləri yarım milyard manatı ötüb

Aİ Ukraynaya 35 milyard avro kredit verəcək

Azərbaycan avtobusları hansı ölkələrdən və neçəyə alır? - Siyahı

Prezident Qarabağ Universitetinin açılışında (YENİLƏNİB)

Ən yaxşı iş axtarış saytları - Siyahı

Məhərrəmlik bitdi, toylar başladı - Qızıl BAHALAŞACAQ?

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ

Azərbaycanda torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlanıb (VİDEO)

Hansı ödənişlər dividend hesab edilir? - Misallarla

Tramp FED-in qərarını "siyasi" hesab edir

Nazir idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?

Nazir idarə rəisini təqaüdə göndərdi - Yoxlama aparılıb?

Dünya brendləri ilə işləyən İtaliya şirkəti Azərbaycan istehsalı ayaqqabıları dizayn edəcək

Sabah yağış yağacaq

Çin Mərkəzi Bankı əsas kredit faiz dərəcəsində dəyişiklik etmədi

Ağdamda Cənubi Qafqazın ilk divar kağızı istehsal zavodu açılıb

Azərbaycanda bir adam hər ay 456 manat pul xərcləyir

Bakıda kirayə mənzil bazarında vəziyyət - Hansı hallar qiymətlərə təsir edə bilər?

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Azərbaycan əhalinin həyat keyfiyyətinə görə neçənci yerdədir? - Siyahı

Türkiyə lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

“Telegram”da kriptovalyuta birjasının nümayəndəsi sizə yazırsa, diqqətli olun

Üç kollecə direktor təyin olundu (SİYAHI)

Yaponiyada düyünün qiyməti 1975-dən bəri ən yüksək səviyyəyə qalxdı

35 milyon manatdan çox investisiya yatırılıb - 2 090 iş yeri yaradılacaq

"Brent" kiçik korreksiyadan sonra 74,94 dolları yenidən sınaqdan keçirə bilər

Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib

Fitch Solutions: BP-nin AÇG-yə sərmayəsi Azərbaycanın neft ixracını artıracaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin