Azərbaycan qaz hasilatını və ixracını artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə 800 mln. kubmetr artımla hasil edilən 33 mlrd. kubmetr qazın 16,4 mlrd. kubmetri ixrac olunub.
Valyuta.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
Məluimata görə, hesabat dövründə Azərbaycandan Avropaya təxminən 8,4 mlrd. kubmetr qaz ixrac olunub.
“Türkiyəyə 6,5 mlrd. kubmetr, Gürcüstana isə 1,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 3,7 mlrd. kubmetr qaz nəql edilib. Bu ilin 8 ayı ərzində xaricə qaz satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1% çoxdur”, - məlumatda qeyd olunur.
Paylaşıma əsasən, bu ilin 8 ayında ölkədə neft-kondensat hasilatı 19,3 mln. ton, ixraca nəql edilən həcmlər isə 16 mln. ton olub.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay