Sənaye
31.07.2024 / 11:10
Azərbaycanın Aİ-yə qaz ixracının 2024-cü ildə artacağı proqnozlaşdırılır
52744
2024-ci ildə Avropa 13 milyard kubmetr Azərbaycan qazı alacaq.
Valyuta.az xəbər verir ki, bu, 2023-cü illə müqayisədə təxminən 8% çoxdur.
Bu həcmdən 12 milyard kubmetrə yaxın Cənub Qaz Dəhlizi (CQD) vasitəsilə nəql ediləcək - bu, ən yüksək göstəricidir (2023-cü ildə bu rəqəm 11,8 milyard kubmetr idi), Aİ qalan hissəni isə Türkiyə-Bolqarıstan sərhədindəki "Malkoçlar/Strandja" qaz qovşağı vasitəsilə alacaq.
2024-cü ildə Azərbaycan bütövlükdə qazın ixracını 25 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2023-cü ildə bu, 23,8 milyard kubmetr təşkil edib.
Avropalı alıcılardan başqa (2020-ci ilin dekabrından Azərbaycan qazını "Şahdəniz" yatağından alırlar), Gürcüstan və Türkiyə 2007-ci ildən etibarən "Şahdəniz"dən fasiləsiz olaraq qaz alır.
© Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay