Ağdamda maye beton istehsal edən zavod tikiləcək
Ağdam Sənaye Parkının rezidenti “Veliev” MMC bu ilin sonuna kimi sənaye parkının ərazisində maye beton istehsal edən zavod inşa etməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Veliev” MMC-nin şöbə müdiri Coşqun Ağasiyev deyib.
Onun sözlərinə görə, betonu xammal olaraq özləri istifadə edəcəklər. “Veliev” MMC həm də dəmir beton körpülərin tir və dayaqlarını istehsal edəcək: “Bu sahədə işə başlamaq üçün sifarişlərin olması lazımdır. Artıq müxtəlif müəssisələrdən təkliflər gəlib. Hazırda bununla bağlı işlər görülür. Bizdə qəlib sayı çoxdur, bu, bizə sifarişə uyğun iş görməyə imkan verəcək. Sifarişdən əlavə, montaj işlərini də görə biləcəyik. Gündəlik montaj həcminə görə istehsal planlaşdırılacaq”.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay