Azərbaycanda qızılın qiyməti tarixi zirvəyə yüksəldi - Yeni qiymət
Azərbaycanda qızılın qiyməti ən yüksək səviyyəyə çatıb.
Valyuta.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən açıqlanan məlumata görə, bu gün – iyul ayının 12-də qızılın bir qramının qiyməti 132 manata bərabər olub.
Müqayisə üçün qeyd edək ki, son bir ayda qızılın bir qramının qiyməti 4%, son bir ildə isə 24% bahalaşıb.
Son 15 il ərzində isə qızılın qiyməti 4 dəfədən çox artıb. Müqayisə üçün qeyd edək ki, 15 il əvvəl -2010-cu ilin əvvəlində Azərbaycanda qızılın bir qramı 29 manat olub.
Məlumat üçün onu da qeyd edək ki, bu rəqəmlər qızılın Mərkəzi Bank tərəfindən müəyyən edilən qiymətini göstərir. Zərgərlik mağazalarında satılan və qızıldan hazırlanan zinət əşyalarının qiyməti daha yüksəkdir.
Qızılın qiyməti dünya bazarlarında da sürətlə bahalaşmaqdadır. Hazırda birjalarda bir unsiya (31 qram) qızılın qiyməti 2 min 406 dollara (4 090 manat) çatıb. Bir ay əvvəl – iyun ayının 12-də qızılın bir unsiyası birjalarda 2 293 dollara satılıb.
© Yeniavaz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay