BAKU Azərbaycan
15.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
50347

BP Xəzər dənizindəki obyektlərində iri çənlərə texniki baxış keçirmək üçün qabaqcıl dron texnologiyasının tətbiqinə başlayıb. Şirkət ilk dəfə olaraq “Şahdəniz Alfa” platformasında boş çənlərə texniki baxış keçirmək üçün “Elios 3” dronlarından istifadə edib.

Şirkətdən verilən məlumata görə, bu, bp-nin regiondakı əməliyyatlarının təhlükəsizliyi və səmərəliliyinin artırılması üçün tətbiq olunan texnoloji ilklərdən biridir. Bu yeniliyin sürət və etibarlılıq kimi bir sıra əlavə üstünlükləri də var - onun sayəsində bu əməliyyata insan müdaxiləsinə ehtiyac qalmır, iş sürətlə və çevik yerinə yetirilir. Əlavə olaraq, bu innovativ texnologiyanın tətbiqi ardıcıl və daha dəqiq texniki baxış məlumatlarının əldə olunmasını təmin etməklə əməliyyat qərarlarının qəbuluna kömək edəcək.

Məlumata görə, “Şahdəniz Alfa platformasında boş çənlərin dronlar vasitəsilə yoxlanılması bu innovativ texnologiyanın bp-nin Xəzərdəki obyektlərində ilk tətbiqidir. “Elios 3” dronları ilə çənlərə texniki baxış keçirmək ənənəvi olaraq bu işə sərf etdiyimiz vaxtın çox cüzi bir hissəsinə başa gəlir. Başqa sözlə, insan əməyi ilə dörd həftəyədək vaxt aparan texniki yoxlamanı dronlar faktiki olaraq cəmi 45 dəqiqəyə yerinə yetirir və bu isə əməliyyatlarda maksimum fasiləsizliyə şərait yaradır.

“Ən vacib məqam isə odur ki, bu texnologiya əsas prioritetimiz olan əməyin təhlükəsizliyinin təmin olunmasında ciddi transformativ irəliləyişdir. Daha geniş mənada, dəniz əməliyyatlarında dronlardan istifadə texniki təhlükəsizlik və əməliyyatların mükəmməlliyi baxımından sənayemizdə yeni standart müəyyən edir”, - BP-nin hasilat üzrə vitse-prezidenti Elxan Məmmədov bildirib.

Bu uğura əsaslanaraq, BP bu regiondakı əməliyyatlarında “Elios 3” dronlarından daha geniş miqyasda, münasib və tələblərə uyğun şəkildə qeyri-karbohidrogen maye üçün tutumların və çənlərin vizual texniki baxışı üçün də istifadə etməyi planlaşdırır.

Bu, BP-nin regional əməliyyatlarında çənlərin yoxlanılması və təmizlənməsi üçün texnologiyadan istifadə etdiyi ilk hal deyil. 2019-cu ildə şirkət Səngəçal terminalında xam neft saxlama çənlərinə texniki baxış keçirmək üçün ilk dəfə olaraq sürünən robotlardan istifadəyə başlayıb. Həmin vaxtdan, bu innovasiyanın tətbiqi irihəcmli xam neft çənlərinin təmizlənməsində insan əməyini əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, profilaktik işlərin fasiləsiz aparılmasını və nəticə etibarilə, xərclərə xeyli qənaət olunmasını təmin edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Gazprombank" "UnionPay" kartlarının verilişini dayandırdı - Artıq 8 ölkədə işləmir

"Transkontrol"a protokol yazıldı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin