Azərbaycanda bu il dəniz ilə daşınan yüklərin 50%-i neftin payına düşüb
Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-may aylarında daşınan yüklərin həcmi 3 337,9 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,7 faiz azalıb.
Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib .Məlumata görə, hesabat dövründə daşınan yüklərin 50%-ni neft yükləri təşkil edib.
“Dəniz limanları tərəfindən 5 576,4 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 4 468 min tonunu və ya 80,1%-ni tranzit yüklər təşkil edib”, - məlumatda qeyd olunur.
Bildirilir ki, 2024-cü il iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 280,1 min ton olub.
Məlumata əsasən, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 26,7% artaraq 10,9 min nəfər olub.
©APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay