BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
50047

Bu ilin sonuna Azərbaycan Yunanıstana 1,2 milyard kubmetr qaz ixrac etməyi planlaşdırır.

Valyuta.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Pərviz Şahbazov bu gün keçirilən Azərbaycan və Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasında bildirib.

Onun sözlərinə görə, ötən il Yunanıstanın qaza tələbatının təxminən 18 %-i məhz Azərbaycanın "mavi yanacağı" hesabına təmin edilib.

P. Şahbazov bildirib ki, Avropaya 3,5 il ərzində tədarük edilən 36,8 milyard kubmetr qazın 3,6 milyard kubmetrdən çoxu və ya 10 %-i Yunanıstanın payına düşüb:

İclasda iki ölkə arasında ticarət dövriyyəsinin ötən il 1,4 milyard ABŞ dolları təşkil etdiyi, Cənub Qaz Dəhlizinin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyində mühüm rol oynadığı vurğulanıb. Azərbaycan qazının Trans-Adriatik Boru Kəməri (TAP) və Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) vasitəsilə Avropada təchizatın şaxələnməsinə və dekarbonizasiyaya töhfələri qeyd edilib.

Nazir, həmçinin deyib ki, Avropanın etibarlı enerji təchizatçısı olan və uğurla “yaşıl artım” siyasəti həyata keçirən Azərbaycan beynəlxalq miqyasda böyük etimad və hörmətin nəticəsi olaraq bu il COP29-a ev sahibliyi edir. Zəngin əməkdaşlıq gündəliyi olan bu yeni tarixi dövrdə enerji prioritet mövzulardan biridir.

Yunanıstanın xarici işlər nazirinin müavini Kostas Fragogiannis isə deyib ki, komissiyanın iclası ölkələrin ikitərəfli münasibətlər qurmaq niyyətini əks etdirir: “Müxtəlif sahələrdə, o cümlədən ticarət və investisiya, nəqliyyat, kənd təsərrüfatı, energetika, texnologiya, səhiyyə və turizm kimi istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişafı və təşviqini davam etdirmək üçün qabaqcıl mexanizm yaradılıb. Ümumilikdə, birgə Hökumətlərarası Komissiyanın 5-ci iclası Yunanıstan ilə Azərbaycan arasında davamlı, konstruktiv, səmərəli dialoq və fikir mübadiləsinin əsasını qoyur”.

İclasda ticarət, sənaye, nəqliyyat, turizm, kənd təsərrüfatı, enerji, təhsil, səhiyyə, mədəniyyyət və digər sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb. Azərbaycanda əlverişli investisiya mühiti, Ələt Azad İqtisadi Zonası, sənaye zonaları və aqroparklarda, həmçinin Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi üzrə əməkdaşlıq imkanları barədə məlumatlar diqqətə çatdırılıb. Komissiya çərçivəsində bütün sahələrdə əməkdaşlığın yol xəritəsini müəyyən edən ikillik Fəaliyyət Planı qəbul edilib.

Yekunda Hökumətlərarası Komissiyanın 5-ci iclasının Protokolu və Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və “Enterprise Greece” Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakıdan dəmiryolu nəqliyyatı ilə ilk ixrac qatarı Çinə yola salınıb

"The Sunday Times": Ukrayna "ölümcül soyuqlar"la üzləşəcək

Gündə 279 nəfər doğulub, 162 nəfər ölüb

İlham Əliyev: Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək

154 illik "qızıl sikkə" dəyərinin 550 qatına satıldı

ABŞ-ın dövlət borcu tarixində rekord həddə çatıb

Kimlərə sosial yardım veriləcək? - İqtisadçı açıqladı

ÜST müşaviri xəbərdarlıq etdi: Yeni pandemiya riski artır

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb? (Müsahibə)

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib

Çexiya Rusiya neftindən imtina üçün son tarixi açıqladı

Həyəcan təbili: Şirin su ehtiyatı təhlükəli səviyyəyə düşüb

"Qazprombank"a növbəti qadağalar Cənubi Koreya və Argentinadan gəldi

Bəzi küçələrdə COP29 zolaqları qüvvədən düşüb (Video)

"Rolls-Royce" və "Maybach" üçün yeni rəqib - FOTO

Şuşa xəstəxanası üçün 2,3 milyonluq mebel və invertar alınacaq

"Bloomberg": Avropa yeni qaz böhranı ilə üzləşib, qiymətlər 45% artıb

Rusiyadan Ermənistana milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?

DGK bu şirkətdən 1,1 milyonluq geyim alacaq

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

"X" itirir: "Bluesky" qazanır - İstifadəçilərin "böyük köçü"

Maşını olanlar vergi versin - Deputatdan TƏKLİF

Neftin qiyməti 70 dollardan aşağı düşəcək - Ekspert

Alqı-satqı müqaviləsi iki şirkəti üz-üzə qoydu

“Shakh Telecom” 8000 manat cərimələnə bilər

Süni intellekt əxlaqi qərarlar qəbul edəcəkmi? “OpenAI” araşdırır

“Monolink” şirkəti ilə vergi orqanı arasında 130 minlik vergi borcu mübahisəsi

Rusiyanın Ukrayna ərazisindən Avropaya nəql etdiyi qazın həcmi açıqlanıb

"SMT İnşaat" məhkəmə qarşısında

"Samsung"a 118 miyon dollarlıq cərimə kəsildi - Səbəb yenə "Netlist"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin