Sənaye
21.05.2024 / 15:47
İqtisadiyyat naziri: Azad olunan ərazilərdə Özbəkistanla tekstil sahəsində birgə iş planlaşdırılır
48526
Özbəkistan azad edilmiş ərazilərin bərpasında bizə qardaş dəstəyi təklif edən ilk ölkələrdən olub. Məlumdur ki, Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin şərəfinə adlandırılan 960 şagird yerlik məktəb hər iki ölkənin prezidentlərinin iştirakı ilə ötən ilin avqustunda təntənəli şəkildə açılıb.
Valyuta.az xəbər verir ki, bu sözləri Qubada keçirilən II Azərbaycan-Özbəkistan Regionlararası Forumunda Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Azad olunan ərazilərdə tekstil sahəsində birgə iş planlaşdırılır. İlkin mərhələdə 400-dən çox yeni iş yerinin açılışı nəzərdə tutulur”, - deyə nazir bildirib.
© Azərtac
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay