Azərbaycanda 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib
2024-cü ilin yanvar-aprel aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 21,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,7 faiz çoxdur. Neft-qaz sektorunda isə məhsul istehsalı 0,2 faiz azalıb.
Sənaye məhsulunun 64,6 faizi mədənçıxarma, 29,3 faizi emal, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Qeyd edək ki, sənayedə qeyri-dövlət sektorunun payı 80,8 faiz təşkil edib. Ümumi istehsalın 89,7 faizi sənaye məhsullarının istehsalı, 10,3 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
Əvəz Həsənov
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay