Sənaye
17.05.2024 / 09:40
Azərbaycanda bu zavodun gəlirlə işləməməsinin səbəbləri araşdırılacaq
48294
“İnşaat Konstruksiyaları Zavodu” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
Valyuta.az xəbər verir ki, yığıncağın iyunun 28-də keçirilməsi nəzərdə tutulub.
Yığıncaqda ötən il üçün maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı aparılacaq.
ASC-nin gəlirlə işləməməsinin səbəblərinin araşdırılması və yeni maliyyə mənbələrinin cəlb edilməsi, eləcə də digər məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, “İnşaat Konstruksiyaları Zavodu” ASC 2003-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 370 930 manatdır.
©İqtisadiyyat.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay