Sənaye
22.04.2024 / 17:23
Neft Fondunun cəmi investisiya portfeli 57 mlrd. dolları ötüb
46676
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 1 aprel 2024-cü il tarixinə investisiya portfelinin 69.5%-ni ABŞ dolları təşkil edib (31 dekabr 2023-ci il tarixinə bu göstərici 67.5% olub – red.), bu da ilin əvvəlinə qeyd olunan göstərici ilə müqayisədə 2 faiz bəndi çoxdur.
Valyuta.az Neft Fondunun hesabatlarına əsasən xəbər verir ki, 2024-cü il 1 aprel tarixinə avro ARDNF-in investisiya portfelinin 19,4%-ni, funt sterlinq – 4,9%-ni, Çin yuanı – 1,1%-ni, Yaponiya yeni – 1,5%-ni, digər valyutalar isə 3.6%-ni təşkil edib.
Məlumata görə, Fondun ABŞ dolları portfelinin 7 499 mln. dollarlıq hissəsini (13.2%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 57 014,1 mln. dollara çatıb.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay