Azərbaycan Türkiyədən bu məhsulun alışına 25 milyon dollar xərcləyib
2024-cü ilin yanvar-mart aylarında Türkiyənin Azərbaycana polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalaraq, 24,8 milyon dollara bərabər olub.
İqtisadiyyat.az-ın məlumatına görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin mart ayında Türkiyə Azərbaycana 6,1 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 34,3 faiz azdır”, – deyə nazirlikdən vurğulanıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənin polad məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,1 faiz artaraq, 1,5 milyard dollara bərabər olub.
Bu ilin mart ayında Türkiyə 4 milyard dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 12,2 faiz çoxdur.
Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023-mart 2024) Türkiyə 15,3 milyard dollar məbləğində polad məhsulları ixrac edib. (Trend)
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay