Sumqayıt KSP-nın rezidenti ABŞ-yə məhsul ixracına başlayıb
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azerfloat” QSC-nin ixrac coğrafiyası genişlənir. Belə ki, şirkət tərəfindən ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına (ABŞ) şüşə vərəqələrin ixracı həyata keçirilib. Bu ölkəyə ilkin mərhələdə 69 tondan artıq məhsul göndərilib.
Qeyd edək ki, “Azerfloat” QSC Sumqayıt Kimya Sənaye Parkının ərazisində Almaniya texnologiyası əsasında şüşə vərəqələrin istehsalını həyata keçirir. 2023-cü ildə “Azerfloat” QSC tərəfindən 52 milyon manatdan artıq məhsul satışı həyata keçirilib ki, bunun da təqribən 50%-lik hissəsi ixracın payına düşür. İstehsal olunan məhsullar Türkiyə, İrlandiya, Mərakeş, Rusiya, Gürcüstan, Ukrayna və s. ölkələrə "Made in Azerbaijan" brendi adı altında ixrac edilib.
© vergiler.az
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay