Yunanıstan Azərbaycan qazının idxalına çəkilən xərcləri ARTIRIB
2023-cü ilin noyabr ayında Yunanıstan Azərbaycandan təbii qazın idxalına çəkilən xərcləri artırıb.
Valyuta.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Avropa İttifaqının Statistika İdarəsi olan Eurostat-dan bildiriblər.
Təkcə noyabr ayında Yunanıstan Azərbaycandan qaz idxalına çəkilən xərcləri oktyabr ayındakı 57,7 milyon avro ilə müqayisədə 64,2 milyon avroya çatdırıb ki, bu da 11,3 faiz artım deməkdir.
Noyabr ayında Yunanıstan Azərbaycandan oktyabr ayındakı 161,7 milyon kubmetrlə müqayisədə 158,3 milyon kubmetr təbii qaz idxal edib ki, idxal həcminin 2,1 faiz azaldığından xəbər verir.
2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycandan Yunanıstana ümumilikdə 808,8 milyon avro dəyərində təqribən 1,8 milyard kubmetr qaz ixrac olunub.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.
Layihənin dəyəri 33 milyard dollar olub. CQD layihəsinə çəkilən əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.
2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırki 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay