İtaliya Azərbaycandan qaz idxalını artırıb

Redaktor

22.12.2023 10:09
513

İtaliya Azərbaycandan qaz idxalını artırıb

İtaliya 2023-cü ilin oktyabr ayında Azərbaycandan təbii qazın idxalını sentyabr ayındakı 800,5 milyon kubmetrlə müqayisədə artıraraq 881,2 milyon kubmetrə çatdırıb.

Valyuta.az xəbər verir ki, bu barədə cavab olaraq Avropa İttifaqının Statistika İdarəsi olan Eurostat-dan bildiriblər.

Bu, aylıq hesablamada 10 faizdən artıq artım deməkdir.

2023-cü ilin ilk on ayı ərzində İtaliya Azərbaycandan ümumilikdə 4 milyard avro dəyərində 7,7 milyard kubmetr qaz idxal edib.

Oktyabr ayında İtaliyanın Azərbaycandan təbii qaz idxalının dəyəri sentyabr ayındakı 310,6 milyon avro ilə müqayisədə 364,2 milyon avro olub ki, bu da təqribən 17,3 faiz artım deməkdir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.

Layihənin dəyəri 33 milyard dollar olub. CQD layihəsinə çəkilən əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.

2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırki 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.

© Trend

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...