Sənaye
21.12.2023 / 16:58
Türkiyə şirkəti Kəlbəcər və Laçında 5 SES tikəcək
39130
Gələn həftə Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Türkiyənin "Dəmirörən" Holdinqi Kəlbəcər və Laçında 5 kiçik su elektrik stansiyasının yenidən qurulmasına dair saziş imzalayacaqlar.
Valyuta.az xəbər verir ki, bu barədə AİŞ-in icraçı direktoru Ülvi Mansurov dekabrın 21-də Bakıda keçirilən Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” panelində çıxışı zamanı bildirib.
O bildirib ki, hazırda AİŞ türk şirkətləri ilə daha üç layihə hazırlayır.
© Trend
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay