Sənaye
13.12.2023 / 11:50
Azərbaycan bu il Avropaya 11 mlrd. kubmetrə yaxın qaz ixrac edib
38552
Bu ilin 11 ayında Azərbaycanda neft-kondensat hasilatı 27,6 mln. ton, ixracı isə 23,1 mln. ton olub.
Valyuta.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu ilin 11 ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 27.6 mln. ton, ixracı isə 23.1 mln. ton olub. Bu dövrdə 3.6% artımla hasil edilmiş 44 mlrd. kubmetr qazın 22.05 mlrd. kubmetri ixrac olunub”, - paylaşımda bildirilir.
Qeyd olunur ki, yanvar-noyabr aylarında qaz ixracı 9% artıb. Avropaya 10,85 mlrd. kubmetr, Türkiyəyə 8,7 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5,1 mlrd.m3 qaz nəql edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay