Azərbaycanda Çinin “BYD” şirkəti ilə elektrobuslar yığılacaq - ANLAŞMA
“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ), Çinin “BYD Company Limited” (BYD) və “SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” arasında Anlaşma Memorandumu imzalanıb.
Valyuta.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycanda “BYD” şirkəti ilə elektrobusların yığılması və bir sıra ehtiyyat hissələrin istehsalının təşkili nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 5 hektar torpaq sahəsində tikilməsi planlaşdırılan zavodda ildə 150-200 ədəd elektrobus istehsalı nəzərdə tutulur. Eyni zamanda istehsal olunan elektrobusların daxili tələbatı qarşılamaqla yanaşı, Azərbaycanın ixrac potensialını da artıracaqdır.
Qeyd edək ki, 1995-ci ildə yaranmış BYD şirkəti elektronika, avtomobil istehsalı, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən biri hesab olunur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay