Azərbaycanda saç boyası istehsal olunacaq
Bu ilin dekabr ayının sonları - gələn il yanvar ayından Azərbaycanda ilk dəfə olaraq saç boyasının istehsalına başlanılacaq.
Valyuta.az xəbər verir ki, bunu “AZCOSMETICS GROUP” MMC-nin direktoru Ulduzə Xanlarova deyib.
Onun sözlərinə görə, artıq istehsal üçün hazırlıq işləri tamamlanmaq üzrədir. Məhsullar “Miss sea” və “Lady star” adları altında istehsal ediləcək. İstehsal ediləcək məhsullar Azərbaycanda satılmaqla yanaşı, xaricə də ixrac ediləcək. Əsas ixrac bazarı isə MDB ölkələri olacaq.
U.Xanlarova Azərbaycanda saç boyası istehsal edən ilk şirkət olacaqlarını qeyd edib. O, bu layihəyə xarici investor cəlb etdiklərini vurğulayıb.
U.Xanlarova əlavə edib ki, indiyədək layihənin icrası üçün 3 milyon manat investisiya yatırıblar. Şirkət ilkin mərhələdə saç boyaları, daha sonra isə saç və üzə qulluq vasitələri (şampunlar, balzamlar, üz kremləri, sabunlar və s.) istehsal etməyi nəzərdə tutur.
© Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay