Azərbaycanın neft-qaz gəlirləri düşüb - 6,7 milyard dollarlıq azalma
2023-cü ilin ilk 10 ayı ərzində (yanvar-oktyabr) Azərbaycanın 29 milyard 345 milyon 994 min dollarlıq cəmi ixracının 26 milyard 633 milyon 463 min dolları və ya 90,76%-i neft-qaz sektoruna daxil olan mallar üzrə olub.
Valyuta.az xəbər verir ki, bu barədə Gömrük Komitəsinin hesabatında bildirilib.
2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycanın 34 milyard 711 milyon 427 min dollarlıq ixracının 32 milyard 325 milyon 430 min dolları və ya 93,13%-i neft-qaz sektoruna daxil olan mallar üzrə olmuşdu.
Ötən ilinin 10 ayında Azərbaycandan ixrac edilmiş xam neftin dəyəri 17 milyard 179 milyon 696 min dollar ikən, 2023-cü ilin 10 ayında 13 milyard 785 milyon 636 min dollara düşüb (3 milyard 394 milyon 60 min dollar və ya 19,7% azalıb).
Təbii qaz ixracının dəyəri isə 14 milyard 653 milyon 418 min dollardan 12 milyard 271 milyon 972 min dollara düşüb (2 milyard 381 milyon 446 min dollar və ya 16,3% azalıb).
Bu il neft-qaz sektoruna daxil olan mallar üzrə gəlir 5 milyard 692 milyon dollar daha az olub.
© Marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay