Sənaye
07.11.2023 / 16:22
Pirallahı Sənaye Parkında məhsul istehsalının dəyəri 54 % artıb
36152
Bu ilin yanvar-sentyabr aylarında Pirallahı Sənaye Parkında 12,3 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 53,6% çoxdur.
Valyuta.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, indiyə qədər isə Parkda 42 milyon manatlıq məhsul istehsal olunub.
Nazir qeyd edib ki, bu günə qədər rezidentlər Parka 37 milyon manat investisiya yatırıb, 130-dan çox daimi iş yeri yaradılıb: "Daha 30 milyon manat investisiyanın qoyulması, 250-dən çox iş yerinin yaradılması nəzərdə tutulur".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay