Sənaye
03.11.2023 / 09:19
Sumqayıtda yerləşən müəssisələr reytinqdə yüksək qiymətləndirilib
35828
Sumqayıtda yerləşən “SOCAR Polymer” MMC və “STP” MMC-yə məxsus “STP Global Cable” MMC “İxrac İcmalı” jurnalının oktyabr ayı üzrə qeyri-dövlət və dövlətə məxsus olan ixracatçı subyektlərin reytinqində ilk onluğa daxil edilib.
“SOCAR Polymer” MMC dövlətə məxsus şirkətlərin siyahısında üçüncü, “STP Global Cable” MMC isə qeyri-dövlət ixracatçı subyektləri arasında altıncı yerdə qərarlaşıb.
Qeyd edək ki, 2023-cü ilin 9 ayı ərzində “SOCAR Polymer” MMC 393 milyon manat, “STP Global Cable” MMC isə 31,5 milyon manatlıq məhsul ixrac edib.
“İxrac İcmalı” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay